Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.11.2018  10:48 

Cəzaçəkmə müəssisəsində qiyam - 47 nəfər öldü





A+  A-

Tacikistanın Soqd vilayətinin Xocənd şəhərindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində baş vermiş qiyamda həlak olan məhbusların sayı 47 nəfərə çatıb.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Tacikistanın “Axbor” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, 47 məhbusun nəşi ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil verilib, qiyamda yaralanan 121 məhbus isə xəstəxanada müalicə edilir.

Qiyam zamanı həbsxanada çalışan iki zabit və bir xüsusi təyinatlı da həlak olub, kalonun on keşikçisi yaralanıb.

Xatırladırıq ki, noyabrın 7-dən 8-nə keçən gecə İŞİD qruplaşmasının üzvü olan məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq həbsxananın nəzarətçi və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər və bununla da qiyam başlayıb.

Cəza evindəki qiyama görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Xəbər 1551 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +