Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.06.2018  10:23 

Bu gün 83 min məzun üçün son zəng çalınacaq





A+  A-

İyunun 14-də Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçiriləcək.
Son zənglə bağlı Təhsil Nazirliyi hansı gücləndirici, nəzarətedici tədbirlər görür? Xüsusi tədbirlər olacaqmı?

Təhsil Nazirliyindən XəzərNews.az-a bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görüləcək:

“Ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi bütün yerli təhsili idarəetmə qurumlarına tövsiyə olunub!.

Rəsmi məlumata görə, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 28 125, XI sinifləri üzrə 19 192 nəfər şagird məzun olur.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır.

Xəbər 1667 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +