Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.05.2018  21:27 

Azərbaycanda yeni qaz anbarı inşa ediləcək





A+  A-

Hazırda mövsümi keçid dövrüdür. Qaz anbarlarına qazın vurulması 12.04.2018-ci il tarixindən etibarən başlanılıb.
XəzərNews.az xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov “Natural Gas World” dərgisinin yeraltı qaz anbarlarının modernləşdirilməsi və payız-qış mövsümünə hazırlıq məqsədilə qazın vurulması prosesinin başlaması yönündə sualına cavabında deyib

O bildirib ki, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması və anbarların modernləşdirilməsi istiqamətində işləri davam etdirilir:

“Yəni, yeraltı qaz anbarlarının modernləşdirilməsi “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçiririk.

Bu qəbildən “Qalmaz” yatağında əlavə, 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq.

“Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VII horizontunun tam bərpa edilməsi nəzərdə tutulur.

Bunun nəticəsində bir milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq”.

Xəbər 1940 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +