Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.10.2017  11:27 

Mingəçevirdə polis həkimi döydü





A+  A-

Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib.
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə xəstəxananın “Təcili yardım” şöbəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın “Təcili yardım” şöbəsinə gələrək, növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib.

Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı şöbəyə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.

Xəstəxanadan verilən informasiyaya görə, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stent qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov səhhətində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib.

Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.

Faktla bağlı arşdırma aparılır.

Xəbər 1532 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +