Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.08.2017  15:23 

Xətainin heykəlinə yiyə duran tapılmır





A+  A-

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdiriləcəyi barədə məlumat yayılmışdı. Bildirilmişdi ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin nəzərdə tutulmasıdır.
“Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətimizə cavab gələndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək”.

Bəs Xətainin heykəli hara köçürüləcək?

XəzərNews.az xəbər verrir ki, Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov Modern.az-a açıqlama verib. Şöbə müdiri bildirib ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə İcra Hakimiyyətinə hər hansı məlumat daxil olmayıb.

“Əgər Bakı Nəqliyyat Agentliyinin təklifi alınarsa, Xətainin heykəlinin köçürülməsi baş tutacaq. Amma hələ ki, heykəl öz yerindədir. Heykəli də nə icra hakimiyyətinin, nə də kiminsə yerindən tərpətmək fikri yoxdur. Bu gün isə Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi məlumat yoxdur”.

Xəbər 1628 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +