Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.07.2017  09:57 

“Ermənistanın barbar hərəkətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı”





A+  A-

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək” layihəsinin sonuncu tədbirini keçirib.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihə rəhbərinin köməkçisi Rəfail Əliyev bundan öncə Almatıda keçirilən tədbirlə bağlı bəzi məqamları diqqətə çatdırıb. Qeyd edib ki, Qazaxıstan Azərbaycan üçün olduqca böyük strateji və dost ölkədir: “Həmçinin Qazaxıstan işğalçı Ermənistanın da yer aldığı kollektiv təhlükəsizlik və gömrük ittifaqında yer alan və bu platformalarda Azərbaycanı ən çox dəstəkləyən ölkədir. Bu baxımda bu cür böyük və potensiallı ölkənin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yanında olması çox böyük önəm daşıyır. Qazaxıstan ictimaiyyətinin də bu məsələdə dəstəyinin təmin olunması da olduqca böyük əhəmiyyət kəsb edir”.
R.Əliyev bu baxımdan keçirilən tədbirin və görüşün olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən politoloq Zaur Məmmədova münaqişə ilə bağlı gənclərə məlumat verib. Son dövürlər təmas xəttində baş verən hadisələrə diqqət çəkən Z.Məmmədov artıq beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində xeyli iş görüldüyünü vurğulayıb: “Azərbaycan KİV-ləri, QHT-ləri bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirdilər. Ermənistanın barbar hərəkətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı”.
Dəyirmi masa ətrafında keçən tədbirdə gənclər müzakirələrdə fəal iştirak ediblər.

Xəbər 1256 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +