Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.07.2017  09:21 

Jurnalistlərin binasının yanında yerüstü keçid tikiləcək





A+  A-

“Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının ərazisində yerüstü piyada keçidi tikiləcək”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə jurnalistlər həmin ərazidə heç bir zolağın olmadığı haqda agentliyə şikayət ediblər:

“Bununla bağlı jurnalist həmkarlarımız bizə müraciət etdi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da əraziyə baxış keçirdilər. Müraciət edən jurnalistlər ərazidə piyada keçidinin, yəni “zebra”nın çəkilməsini istəyirdilər. Həmin yerdən də bildiyiniz kimi, sürətli yol keçir. Bu səbəbdən orada zolağın çəkilməsi müvafiq hesab edilmədi. Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə yerüstü piyada keçidinin inşa edilməsi ilə bağlı təklif irəli sürdü. Belə ki, ərazidə yaşayış var və xeyli sayda ailə mövcuddur. Orada yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yerüstü piyada keçidinin olması mütləqdir.

Buna əsasən, Bakı Nəqliyyat Agentliyi təklifi hazırlayıb Nazirlər Kabinetindəki Yol hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət etdi. Artıq təklifimiz komissiya tərəfindən qəbul edilib və müvafiq tapşırıqlar verilib. Yəqin ki, yaxın vaxtlarda həmin yerüstü piyada keçidinin inşasına başlanılacaq. Yəni jurnalistlərin ikinci binasının yerləşdiyi ərazidə yerüstü piyada keçidi tikiləcək”.



Xəbər 1437 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +