Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.07.2017  08:51 

Azərbaycanda 13 nəfəri ilan sancıb





A+  A-

Azərbaycanda apreldən indiyədək olan dövrdə 13 nəfəri ilan, iyun ayında isə 1 nəfəri qara qurd hörümçəyi, 2 nəfəri əqrəb sancıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur: "Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar. Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlərin sayı azdır".

Toksikoloq sancmalarla bağlı bu ilki müraciətlərin ötən ilin müvaqfiq dövrü ilə müqayisədə az olduğunu da söyləyib.

A.Maqsudov deyib ki, qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları ilə bağlı müraciətlər əsasən, Bakı ətrafı kəndlərdən daxil olur: "Qara qurd və sarı, qara əqrəblər Azərbaycana 7-8 il əvvəl meyvə-tərəvəzlərlə Orta Asiyadan gəlib və həmin vaxtdan da onlardan sancmalar qeydə alınır. Qara qurddan və sarı, qara əqrəblərdən sancma halları əsasən, iyun, iyul, avqust aylarında müşahidə edilir".

Xəbər 1567 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +