Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.04.2017  11:41 

“Qardaşı qızı əmisi ilə özü qaçıbsa...” - Hüquqşünas





A+  A-

Gəncədə 3 uşaq atası 26 yaşlı Həsən Səfərovun qardaşının 23 yaşlı qızını qaçırması Azərbaycan cəmiyyətində şok effekti yaradıb. Məlumata görə, hər iki tərəf rəsmi nikahda ola-ola dini kəbin də kəsdirib.
Hüquqşünas Əliməmməd Nuriyev bu məsələnin hüquqi tərəflərini açıqlayıb. O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə ikiarvadlılğa yol verilmir.

“Əgər şəxs qızı qaçırdıb və bu onun iradəsinə zidd olubsa, şübhəsiz ki, bu adam oğurluğu hesab olunur və ağır cinayət sayılır. Eyni zamanda cinayət məsuliyyətinə cəlb olunmalıdır. Digər tərəfdən əminin qardaşı qızını qaçırması bizim əxlaq və adət-ənənlərimizə zidd olan bir məsələdir. Bu, bəraət qazandırıla biləcək məsələ deyil, mənəviyyatsızlıqdır. Dəyərlərin nə dərəcədə aşındığını göstərir.
Məsələyə hüquqi nöqteyi-nəzərdən yanaşsaq, birincisi, burda sırf adam oğurluğu mövcuddur. Xüsusilə, söhbət əminin qardaşı qızını qaçırmasından gedirsə, bu artıq atanın övladına təcavüzü hesab oluna bilər. Lakin qız yetkinlik yaşına çatıb və öz istəyi ilə qaçıbsa, burda hər hansı cinayət tədbir məsələləri görünmür.
Azərbaycanda ailə, yaxın qohumlarla nikaha girməyi qadağa edən, buna görə məsuliyyət nəzərdə tutan qanun və tövsiyə edici normalar yoxdur. Sosial nöqteyi nəzərdən, əxlaq baxımından isə bu, hər iki şəxs üçün biabırçılıqdır. Eyni zamanda Azərbaycan qanunvericiliyinə görə ikiarvadlılğa yol verilmir”.

Xatırladaq ki, Xəzər TV-nin dünən yaydığı məlumata görə, 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb, onunla dini kəbin kəsdirib. Məlumata görə, qoşulub qaçan qadın da evli olub, 2 uşaq anasıdır.

(modern.az)

Xəbər 2043 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +