Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.03.2017  09:42 

Bakıda 2600-ə yaxın sürücü cərimələndi





A+  A-

Yanvarın 1-dən fevralın 25-dək Bakı şəhəri üzrə 96 yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, qəzalar nəticəsində 25 nəfər həlak olub, 112 nəfər isə müxtəlif xəsarət alıb.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 fakt, iki ölüm və 14 xəsarət faktı artıb. V.Əsədov bildirib ki, bu rəqəm artıq ciddi narahatlıq doğurur və əlavə tədbirlərin görülməsinə zərurət yaradır.
Bölmə rəisi bildirib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı 124 min inzibati protokol yazılıb. Onun sözlərinə görə, protokollardan 2600-ə qədəri sərxoş sürücülər, 34-ü isə avtoxuliqanlarla bağlıdır: “Ən çox qayda pozuntusu ötmə, manevr etmə və yol ayrıcı qaydalarının pozulmasıdır. Bundan əlavə, mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 99 min protokol tərtib edilib”.

(trend.az)

Xəbər 3363 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +