Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


28.02.2018  23:11 

İlk “5G” zəngi baş tutdu





A+  A-

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və “Vodafone” mobil operatoru avtonom olmayan “Non Stand-Alone [NSA] 3GPP 5G NR” (“yeni radio”) arxitekturası standartı əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk zəngi həyata keçiriblər.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, “5G NR” sınaq şəbəkəsi 3,7 QHs spektrindən istifadə etməklə testlərin keçirilməsi üçün qurulub, sınaqlarda isə “5G” eksperimental qurğusu tətbiq edilib.

Məlumata görə, qoşulma “4G” şəbəkəsindən istifadə olunmaqla quraşdırılan “VOIP” protokol tipi üzrə baş tutub, məlumatların ötürülməsi isə sonradan “5G” texnologiyası ilə həyata keçirilib. Mühəndislər, həmçinin yüksək dəqiqlikli (HD) videozəngin uğurlu sınaqlarını keçiriblər.

“İlk “5G” zəngi avtonom olmayan “NR” arxitekturası standartı dərc edildikdən iki ay sonra həyata keçirilib və bu, nəzərdə tutulandan daha tezdir. Nəticələr bütün dünyaya sahənin “5G” servislərinin kommersiya istifadəsinə hazır olmasını nümayiş etdirir”, - deyə “Huawei” və “Vodafone” şirkətlərinin birgə bəyanatında deyilir.

Bundan başqa, şirkətlər tərəfindən ənənəvi mikrodalğalı IP rabitə xətlərinin “5G” nəqliyyat şəbəkələri üçün həyat qabiliyyəti olan texnologiyalar kimi qalmasını təsdiq edən sınaqlar aparılıb.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.



Xəbər 1507 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +