Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş
Sabah hava yağışlı olacaq
İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq


15.03.2024  09:53 

Azərbaycan və İran Prezidentləri Xudafərində görüşəcək





A+  A-

Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər.

Xəzərnews.az xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında bildirib.

“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.

Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünən Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının (SES) tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub. O, özünün sosial media hesabında yazıb ki, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işləri 96% yekunlaşıb.

Dünən məlumat yayılıb ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.

Sazişə əsasən Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir.

Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVt, “Qız Qalası” SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVt·st (358 milyon kVt·st Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.

Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri başa çatdırılmışdır. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün digər işlərin görülməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir.

Xəbər 2622 dəfə oxunub.



13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü

13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi


BÜTÜN XƏBƏRLƏR +