Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


15.04.2019  22:27 

Məmmədyarov Polşa Seyminin marşalını Azərbaycana dəvət etdi





A+  A-

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalı (spiker) Marek Kuxçinski ilə görüş keçirib.
XəzərNews.az xəbər verir ki, Seymin marşalı E.Məmmədyarovu salamlayaraq, 2017-ci ilin aprel ayında xarici işlər nazirinin Polşaya rəsmi səfərini xatırladıb və bu səfərlərin Polşa və Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına təkan verdiyini qeyd edib.

E.Məmmədyarov Polşa rəsmisinə səmimi qəbula görə təşəkkür edərək iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. Nazir Milli Məclisin spikerinin səmimi salamlarını Marek Kuxçinskinin diqqətinə çatdırıb. Məmmədyarov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənubi Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.

Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Polşanın Aİ üzv ölkələri arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib.

Seymin Marşalı Şərq Tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığının genişləndirilməsinin vacib olduğunu bildirib.

Məmmədyarov bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı Seymin Marşalını məlumatlandırıb. Münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğu vurğulanıb.

Məmmədyarov Polşa Seyminin marşalını Azərbaycana səfərə dəvət edib.

Xəbər 1326 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +