Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


08.08.2019  17:53 

Türkiyədəki zəlzələ dağıntılar törətdi





A+  A-

Türkiyədə 6 bal gücündə zəlzələ olub.
XəzərNews.az xəbər verir ki, saat 14:19 radələrində Dənizlidə baş verən zəlzələ Antalya, İzmir, Muğla, Aydın və Spartadada hiss olunub.

Dənizli İcra Hakimiyyətindən bildirilib ki, insan tələfatı olmasa da, sökülən ev və obyektlər var. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, zəlzələ episentrdə 7,09 metr dərinliyində olub.

Dənizli Mərkəzi Xəstəxanasından bildirilib ki, zəlzələdən sonra 6 nəfər müraciət edib. Onlardan 5-i qorxub, 1-i isə pəncərədən tullanıb. Vəziyyəti yaxşıdır.

Bozkurt şəhər bələdiyyə sədri zəlzələ anını belə izah edib: “Zəlzələ 15-20 saniyə çəkdi. Biz iclasda idik, qonşu binanın divarı bizim otağın üzərinə uçdu. Bir çox evin divarlarında dərin çatlar var. Bu səbəbdən sakinlərə evlərini tərk etməklə bağlı xəbərdarlıq edilir. 2 ev dağılıb, çox şükür, insan tələfatı yoxdur”.

Xəbər 1715 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +