“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


27.01.2025  16:11 

Ülviyyə Namazova Rəqsanə haqda görün nələri AÇIQLADI





A+  A-

Ülviyyə Namazova və Rəqsanə İsmayılova arasında olan qalmaqal böyüməyə davam edir.

XəzərNews.az xəbər verir ki, ifaçı Ü.Namazova “Rəngarəng” verilişində məsələ ilə bağlı sərt açıqlamalar verib. O, Rəqsanə İsmayılovanın ünvanına qarşı dediklərinə münasibət bildirib:

“Canlı açıb məni təhdid edirsən, özü də ölümlə ki, maşınla üstündən keçərəm. Dünya dərəbəylik deyil, heç kəs də yiyəsiz deyil. Hüquqi dövlətdə yaşayırıq, bizim qanunumuz var. Polislərimiz mükəmməldir. Mən onun övladının əxlaqına, şərəfinə bir söz demədim. Efirdə də haqqında pis danışmamışam, ünvanına bir söz deməmişəm. Bu gün küsülü də deyilik. Mən canlı açıb danışmadım. Mənim evdə anam var, əsil-nəcabətim var. Canlı açıb nələrsə deyə bilərdim, amma etmədim. Mən o xanımın özünə zəng etdim. Onun dediklərinin 5 qatını özünə şəxsidə dedim. O sözləri mənə Könül Xasıyeva, Elnarə Abdullayeva kimi müğənnilər desə, mən sakitcə dayanardım. Ancaq elə bir insanın deməyi... Onsuz da rəy yazanlar onun cavabını verdi. Mənə ehtiyac qalmadı...

Mən danışmayanda bəziləri elə bilir ki, Ülviyyə qorxdu. Buradan o xanıma deyirəm ki, onun sözlərinin qarşılığında başqa cür hərəkət edərdim, amma etmirəm. Çünki mən nə özümə, nə də kiməsə pislik etmək istəmirəm. Kinli insan deyiləm. Efirdən çıxıb “mən, mən” demək lazım deyil. Heç kəs turp deyil, yerdən çıxmayıb”.

Qeyd edək ki, bir neçə gün bundan öncə həmin verilişdə Aysun İsmayılova və Ülviyyə Namazova arasında anlaşılmazlıq yaranıb. Sözügedən olaydan sonra Rəqsanə İsmayılova şəxsi hesabında canlı yayım açaraq bir sıra fikirlər səsləndirib və burada Ü.Namazovaya aid açıqlamalar da yer alıb. /Yenisabah.az

Xəbər 2960 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +