Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu
Əfv Məsələləri Komissiyası bu gün də toplaşacaq


03.09.2018  11:43 

“Bu hadisə Almaniyanın imicinə xələl gətirir”





A+  A-

Almaniyanın Rostok şəhərində üç azərbaycanlı tələbənin hücuma məruz qalması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.
XəzərNews.az xəbər verir ki, müraciəti Bakı Nürnberq Təhsil və Mədəniyyət Mərkəzinin sədri doktor Yaşar Musayev edib. Baş vermiş insidentə münasibət bildirən Y. Musayevin müraciətində bildirilir: “Almaniya tolerant ölkədir və burada çoxsaylı millətlər yaşayır. Bu milli zəmində baş vermiş hadisə Almaniya-Azərbaycan münasibətlərinə, ümumiyyətlə, Almaniyanın imicinə xələl gətirir”.
Qeyd edək ki, Y. Musayev həmçinin azərbaycanlı tələbələrlə əlaqə saxlayıb. O, eyni zamanda tələbələrə hücum edən şəxslərin hüquq mühafizə orqanlarında ciddi şəkildə cəza çəkmələri üçün vəkil də təklif edib.
Xatırladaq ki, hadisə sentyabrın 1-də baş verib. Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi – ər və arvad yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.
Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.
Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.

Xəbər 1474 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!


BÜTÜN XƏBƏRLƏR +