Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


22.08.2022  17:45 

DÖVLƏT UNİVERSİTETLƏRİNDƏ TƏHSİL NİYƏ PULLUDUR?





A+  A-

Hazırda abituriyentlər tərəfindən universitetlərə qəbul üçün seçim edilir, kodlaşdırma aparılır. Gənclərimiz çox həyəcanlı günlər yaşayırlar.

Diqqəti çəkən ilk məqam dövlət sifarişi, yəni ödənişsiz yerlərin çox az olması müqabilində ödənişli universitet fakultələri və ixtisas sayının hədsiz dərəcədə çoxluq təşkil etməsidir.

Dövlət universitetlərində, yəni xərcləri, texniki və madii məsrəflərinin azərbaycan xalqı hesabına qarşılanan, dövlət büdcəsindən ayrılan ali məktəblərdə təhsil azərbaycanlılar üçün niyə ödənişli olmalıdır axı?

Özəl universitetlərin adı üstündədir. Bu müəssisələr biznes qanunları əsasında fəaliyyət göstərən kommersiya strukturlarıdır.

Dövlət universitetlərində isə təhsilin pullu olması əsil absurddur. Deyə bilərsiniz ki, dövlət universitetlərinə yüksək bal toplayaraq ödənişsiz də qəbul olmaq mümkündür.

Doğrudur, bu zaman belə çıxır ki, aşağı bal toplamış abituruyentlərə universitetlər yalnız gəlir mənbəyi kimi baxır: Onda "Universitetdə təhsil almağa layiq deyilsən, amma pulun varsa gəl, keç yuxarı başa"məntiqi işə düşür. Əgər bu gənclərin bilik səviyyəsi, topladıqları ballar ali məktəbdə oxumağa imkan vermirsə, ödəniş ediləndən sonra onların biliyi artırmı?

Dövlət universitetləri bu halda pul arxasınnca qaçaraq auditoriyalarını savadsız tələbələrlə doldurmurlarmı?

Universitet dövlət hesabına fəaliyyət göstərirsə və özəl deyilsə, əyani bakalavr təhsili üçün azərbaycanlı abityriyentlərdən niyə ödəniş tələb etməlidir?

Məgər aşağı bal toplamış abituriyent ödəniş edəndə biliyi artır?

Bu məntiq haradan qaynaqlanır?

Qardaş Türkiyədə dövlət universitetlərində hətta xarici abituriyentlər üçün mövcud olan simvolik təhsil qiymətlərindən xəbəriniz varmı?

Onu da qeyd edim ki, bu ödənişlərə tələbələrin gündə iki dəfə yeməyi də daxildir. Sonra da yüksək ballar toplamış abituriyentlərin xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsilə üstünlük verməsini dərd edirsiniz.

Unutmayın ki, xaricə oxumağa gedən gənclərin böyük bir qisminin geri qayıtmaması ehtimalı yüksəkdir.

Təhsilimizin bərbad səviyyəsi göz qabağında olmasına rəğmən dövlət universitetlərimizdə təhsil haqqı xarici ölkələrdən qat-qat bahadır. Bu qiymətləri təyin edən cənabların görəsən orta statistik azərbaycanlının gəlirlərindən xəbərləri varmı?

Universitetlərdə qiymətlər 1 il üçün 2500 manatdan başlayır və son hədd sirli alqoritmlərlə artaraq fantastik rəqəmlərə çatır. Əziz həmin sahəyə məsul şəxslər, bu qiymətlərə Türkiyədə özəl universitetlərdə belə təhsil almaq mümkündür.

Məncə, Azıərbaycanda bu həyati əhəmiyyətli məsələyə yenidən baxılmalı, dövlər universitetlərində əyani bakalavr təhsili üçün ödəniş ləğv edilməlidir.

Yoxsa belə gedişlə onsuz da, ciddi problemlər yaşayan təhsilimizin sabahı daha qaranlıq rənglərə bürünəcək. Azərbaycan vətəndaşı Azərbaycanın dövlət universitetlərində pulsuz təhsil almalıdır!

Azər Cabbarov

Xəbər 1494 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +