Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.02.2024  04:03 

Braziliyada tropik denqe qızdırması qeydə alınıb





A+  A-

Braziliyanın Rio-de-Janeyro şəhərində dünyaca məşhur karnaval ərəfəsində tropik denqe qızdırması epidemiyası qeydə alınıb.

Xəzərnews.az G1 portalına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paes xəbər verib.

"Yanvar ayında 10 mindən çox xəstəliyə yoluxma var və biz şəhərin tarixi ərzində xəstəxanaya yerləşdirilmə rekordunu qırdıq, bu ilin ilk ayında 362 nəfərdir", - mer şəhərin səhiyyə katibliyinin rəhbəri ilə birgə mətbuat konfransında deyib.

Merin sözlərinə görə, yaxın günlərdə meriya denqe qızdırması olan xəstələr üçün 10 səyyar qəbul və ilk yardım mərkəzini yerləşdirəcək.

Rio-de-Janeyroda dünyaca məşhur karnavalın başlamasına bir həftə qalıb. Bayram fevralın 10-dan 13-dək keçiriləcək, lakin artıq kütləvi şənliklər başlayıb. Bu, həm də turizm mövsümünün pik dövrüdür. 2024-cü ildə karnavalda 2 milyondan çox turist gözlənilir; şəhərin otel şəbəkəsinin 87 %-i doludur.//Report

Xəbər 1076 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +