Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


27.07.2023  09:48 

Ermənistanın “humanitar yardım” şousu...





A+  A-

İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousu nəticə verə bilərmi?

XəzərNews.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Bu sualın cavabı ermənilər üçün ürəkaçan deyil.

“Çünki, nəticəyə təsir edəcək beynəlxalq reaksiya yalnız Azərbaycanın Laçın postunu bağlayaraq, heç bir alternativ imkan yaratmadığı halda olardı: rəsmi Bakı alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edir və məsələ həqiqətən dedikləri kimi ərzaq problemidirsə, bunun həll yolu var;

– Qarabağ Azərbaycan ərazisidir və bu, müharibəyə qədər beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, müharibədən sonra bütün güc mərkəzləri reallığı qəbul ediblər, yaxud buna məcbur olublar.

Bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalını sıfırlayır. İrəvan ermənilərin “humanitar fəlakət”indən bəhs edəndə Ağdamdan istifadə etmək alternativi ilə üzləşir, ermənilərin bunu istəmədiyini deyəndə “Qarabağ Azərbaycan ərazisidir” cavabını alır”.

“Baş verənlərin təfsilatını Prezidentin köməkçisi Hikmət Hacıyev bir kəlmə ilə verib: Oyun bitdi!”, – deyə A. Nərimanlı vurğulayıb.

Xəbər 1080 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +