İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


15.05.2022  14:05 

“Oftalmologiyanın müasir nailiyyətləri” - KONFRANS/FOTO





A+  A-

Gəncə şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə “Respublikanın Regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda VIII-ci Regional konfrans keçirildi.

XəzərNews.az xəbər verir ki, konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açdı. T.e.d. Namazova Hicran, Prof. Paşa Qəlbinur konfransın keçirilmə məqsədindən oftalmologiyanın inkişafı ilə bağlı görüləcək işlərdən söz açdılar.

Konfransda T.ü.f.d. Abdıyeva Yazgül tərəfindən “Gəncə-Qazax iqtisadi rayonunda oftalmoloji yardımın optimallaşdırılması”, Həsənova Rəvanə tərəfindən “Uşaqlarda refraksiya patologiyaları və çəpgözlük zamanı aparılan pleoptik, ortoptik və cərrahi müalicə metodlarının effektivliyi”, T.ü.f.d. Tağıyev Qafar tərəfindən “Vitreoretinal patologiyanın müasir müalicəsinə dair”, T.ü.f.d. Mirişova Mirana tərəfindən “Astiqmatizm və yüksək dərəcəli miopiyalı xəstələrdə FEMTO-LASIK korreksiyası. Nəticələr”, Bayramova Humay tərəfindən “Travmatik katarakta zamanı optimal taktika seçimi”, İmranova Şəfaqət tərəfindən “Allergik konyunktivitlər” və Quliyev Faiq tərəfindən “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialındaki fəaliyyətləri” mövzuları məruzə edildi.

Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək, region həkimkərinin inkişafına dəstək olmaqdan ibarət idi.

Qeyd edək ki, konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak etdi.

Konfransda suallar və təkliflər səsləndirildi.







Xəbər 1633 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +