Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


28.02.2023  14:52 

DYP-dən xəbərdarlıq... - 3 gün şəhərdə sıxlıq olacaq





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

XəzərNews.az idarəyə istinadən xəbər verir ki, ölkəmizdə keçiriləcək dövlət əhəmiyyətli tədbirlə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə martın 1-dən 3-dək şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini xahiş olunur.

Qeyd edilib ki, Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi, paytaxt sakinlərinin isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etməsi, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri məqsədəuyğundur.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən isə bildirilib ki, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə doğru əsasən Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük vermək, Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməmək xahiş edilib.

Xəbər 1202 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +