Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb


09.12.2022  14:51 

Agentlikdə Heydər Əliyev anılıb... - Tədbir/Foto





A+  A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.

Tədbirə açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

Sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Artıq Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.

Daha sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, Azər Allahverənov və qeyri-hökumət təşkilatlarının sədrləri – Umud Mirzəyev, Rauf Zeyni, Səkinə Babayeva, Təhmasib Novruzov, Vüqar Qədirov, Faiq İsmayılov, Telman Qasımov, Fikrət Yusifov Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar.

Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

Sonra tədbir qarşılıqlı diskussiya şəkilində davam edib.







Xəbər 1187 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +