Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News


06.06.2022  15:45 

“Şlyapa Zahid”ə qarşı yeni ittihamlar





A+  A-

Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində ittihama yeni maddələr əlavə edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq təkrar rüşvət aldığı üzə çıxıb.

Onun əməlləri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 ve digər maddələrinə tövsüf olunub.

Həbs olunduqdan sonra səhhətində problem yarandığı deyilərək Z.Niftəliyev Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, onun əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olmuşdu. Hazırki mərhələdə onun cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Z.Niftəliyev daha öncə dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunurdu.

Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Xəbər 1899 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +