Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


12.10.2021  16:46 

Digər insanlara da 3-cü doza vaksin vurulacaq - Nazir müavini





A+  A-

3-cü doza (buster) peyvənd təsdiqini tapıb, bu, kifayət qədər lazımlıdır və bu dozadan sonra immunitet xeyli güclənir.


XəzərNews.az -ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, bu doza ilk növbədə 60 yaşdan yuxarı insanlar və risk qrupunda olan səhiyyə işçiləri üçün tövsiyə olunub:

“Növbəti mərhələdə digər əhali qrupları da bu işə cəlb olunacaq”.
Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65-dan yuxarı yaş həddi olan insanlara, 18-dən yuxarı yaş həddində isə yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50-dən yuxarı yaş həddi üçün, yaşı 16-dan yuxarı yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza yaşı 60-dan yuxar vətəndaşlarla yanaşı, avqust ayından yaşı 12-dən yuxarı şəxslərə də tətbiq olunur.

Tədqiqatlara əsasən, 3-cü doza almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb

Xəbər 2513 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +