ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir


17.03.2019  15:06 

Ombudsmanın təklif etdiyi məhbuslardan 54-ü əfv edilib





A+  A-

“Ölkə Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı vətəndaş-dövlət həmrəyliyinə əsaslanan, insanlığa və insan hüquqlarına verilən dəyər, humanizm siyasətinin davamıdır”.
XəzərNews.az-ın məlumatına görə, bunu Ombudsmanın Aparatının şöbə müdiri Rəşid Rumzadə deyib.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamla bağlı münasibət bildirən R.Rumzadə sayca 65-ci olan, çoxsaylı əhali qrupunu, o cümlədən xarici ölkə vətəndaşlarını əhatə edən əfv sərəncamını cəmiyyətimiz və dünya ictimaiyyəti tərəfindən təqdir edildiyini vurğulayıb.

R.Rumzadə qeyd edib ki, bu, ölkə başçısının öz vətəndaşlarına olan diqqəti və inamının ifadəsidir: “Davamlı xarakter daşıyan bu humanist yanaşma hər dəfəsində əfv olunan insanların, onların ailələri, yaxınları ilə yanaşı milyonlarla insana sevinc bəxş edir. Qarşıda duran mühüm vəzifə isə vətəndaş-dövlət həmrəyliyini qorumaq, göstərilən etimadı doğrultmaq, cəmiyyətin həyatında fəal iştirak etmək və hüquqpozmalardan uzaq durmaqdır”.

R. Rumzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu əfv sərəncamında əsasında Ombudsman Elmira Süleymanovanın təklif etdiyi siyahıdan 54 nəfər, ötən illər ərzində isə ümumilikdə 692 nəfər öz azadlığına qovuşub: “Ombudsman təsisatı olaraq biz də bu sevinci yaşayır və ölkə başçısına daim insan hüquqlarına verdiyi dəyərə və humanist yanaşmalarına görə dərin təşəkkürümüzü bildiririk”.

Xəbər 1360 dəfə oxunub.



14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +