Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


09.03.2019  18:24 

Çaylarda suyun səviyyəsi dəyişdi





A+  A-

Çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilib.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 115 kub/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 185 kub/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 48 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 55 kub/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2018-ci il martın 04-də 371 sm), Şirvanda 203 sm (2018-ci il martın 04-də 233 sm), Salyanda 151 (2018-ci il martın 04-də 191 sm), Bankədə 168 sm (2018-ci il martın 04-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2018-ci il martın 04-də 105 sm) təşkil edib.

Xəbər 1432 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +