Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


15.10.2018  14:37 

Azərbaycanda ömürlük məhkumlarla bağlı qanun dəyişir





A+  A-

Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası almış şəxslərlə bağlı qanunvericiliyə dəyişikliklər təklif edilir.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Cəzaların icrası Məcəlləsinin 171-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi) adı və 171.1 və 171.2-ci bəndlərinə dəyişiklik edilir.

Belə ki, Məcəlləsinin 171-ci maddəsinin adı (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi) dəyişdirilərək Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi adlandırılacaq.

Bundan əlavə, Məcəllənin 171.1-ci bəndinə təklif olunan dəyişikliyə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Hazırki qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Digər dəyişikliyə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı bir il sonra baxıla bilər.

Məcəllənin 171.2-ci bəndinin hazırki variantı isə belədir: Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı altı ay sonra baxıla bilər.

Məcəlləyə dəyişikliklər Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər 1701 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +