Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur


26.09.2018  11:04 

Binəqədi bələdiyyəsinə yeni sədr seçildi - Foto





A+  A-

Binəqədi rayon Binəqədi bələdiyyəsinin dünən keçirilən ümumi yığıncağında bələdiyyənin yeni sədri seçilib.
XəzərNews.az Azadinform-a istinadən xəbər verir ki, bələdiyyə üzvlərinin yekdil qərarı ilə sədr postu “Yerli İqtisadi Məsələlər” Daimi Komissiyasının sədri Salman Umudova həvalə edilib.

Salman Umudov 1975-ci ildə anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin “Dövlət İdarəçiliyi” ixtisası üzrə disertantıdır.

S.Umudov həmçinin Azərbaycan gənclər hərəkatının fəal üzvlərindəndir. 1995-2004-cü illərdə Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub.

Hazırda Gənc Sahibkarlar Klubu İctimai Birliyinin sədridir. 2014-cü ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli İqtisadi Məsələlər Daimi Komissiyasının sədridir.

Azərbaycan ordusunun sıralarında zabit kimi xidmət edib. Evlidir, 3 övladı var.

Xəbər 1698 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +