Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb


17.05.2018  12:43 

Tanınmış həkimə dövlət mükafatı verildi





A+  A-

“Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovaya Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən mükafat verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə klinikanın mətbuat xidmətindən verilən açıqlamada bildirilir. Qeyd edilir ki, M.Qəhrəmanova mükafatı müəllifi olduğu və dünya patenti aldığı qaraciyər müdafiəedici, ödqovucu və iltihab əleyhinə olan dərman vasitəsinə görə alıb. Qeyd edilən dərman vasitəsi həmçinin Avrasiya patenti alıb. M.Qəhrəmanovanın sözlərinə görə, o, rəsmi qeydiyyatda olan dərman bitkiləri ilə məşğuldur: “O dərman bitkiləri ki, ta qədim zamanlardan indiyədək xalqımız tərəfindən təbabətdə istifadə edilir, həmçinin elmi təbabətdə böyük rol oynayır. Azərbaycanda fitoterapiyanın inkişafında illərdir fəaliyyət göstərirəm, çoxlu patentlə ərsəyə gətirmişəm, çox sevinirəm ki, gələcək nəsillərə məndən yadigar qalacaq. Təbii yolla hazırlanan dərmanların kimyəvi dərmanlardan fərqi odur ki, onların insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Aldığım mükafat məni qürurlandırdı. İllərimin zəhmətinin bəhrəsini artıq görməyə başlamışam deyə bilərəm”.

Qeyd edək ki, M.Qəhramanova 7 Azərbaycan, 5 Avrasiya və 1 dünya patentinin sahibidir. Dünya patenti HB, qaraciyər müdafiəedici, öd qaraciyər iltihab əleyhinə alınıb. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir.
M.Qəhrəmanova 2016- ci ildə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olub və dövlət ixrac missiyasında iştirak edib, patentlər əsasında hazırlanmış məhsulların, həmçinin saçın tökülməsinə qarşı olan “Məlahət” balzamı və gelinin xarici ölkələrdə təqdimati olub. Bu məhsullar xarici ölkələrdə böyük marağa səbəb olub.
Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olub və III dərəcəli diploma layiq görülüb.


Xəbər 1904 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +