Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


08.02.2018  13:54 

Əfqan Muxtarlı müvəqqəti azadlıqda





A+  A-

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bu gün saxlandığı Şəki İstintaq Təcridxanasından müvəqqəti olaraq buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu haqda Müsavat Partiyasının üzvü Elman Fəttah bildirib.

Əfqan Muxtarlı artıq Zaqataladadır. Ona doğmalarının 40 mərasimində iştirak etmək üçün 2 gün icazə verilib.

Jurnalist Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının nəzarəti altındadır.

Qeyd edək ki, sabah Əfqan Muxtarlının yaxın qohumlarının 40 mərasimidir. Jurnalistin yas mərasimində iştirak etməsi üçün vəkili ərizə məktubu ilə müraciət etmişdi.

Rəsmi məlumata görə, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Muxtarlı həbsdə olarkən, onun yaxın qohumlarının evində-Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında faciə baş verib.

Belə ki, Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb. Həyatını itirən N.Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısının və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 1382 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +