Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


13.06.2017  19:36 

Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı - Yeni faktlar





A+  A-

Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində sevgilisi tərəfindən öldürülən qadınla bağlı bəzi məqamlar aydınlaşıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, qətlindən 12 gün sonra şəxsiyyəti müəyyənləşdirilən 34 yaşlı İlahə Şahbazovanın doğmaları ilə əlaqəsi xeyli vaxt imiş ki, kəsilibmiş. 15 il əvvəl ailə quran və 1 oğlu olandan sonra uşağı saxlamaqdan imtina edən İ.Şahbazova atasının vəfatından sonra evi tərk edib. Onun uşağına isə keçmiş ərinin qardaşı sahib çıxıb və azyaşlını himayəyə götürüb. Anasının Sumqayıtdakı evini tərk edən gənc qadın illər ərzində Bakının müxtəlif yerlərində kirayə yaşayıb və qeyri-sağlam həyat tərzi sürüb. Tez-tez şəhərin mərkəzindəki gecə klublarına gedən və bəzən burada gecələyən İ.Şahbazova bir müddət sonra normal həyata qayıtmaq istəyib. Buna görə də o, elə barlardan birində tanış olduğu 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçlə birgə yaşamağa başlayıb və 1 ay ərzində evdən kənara demək olar ki, çıxmayıb. Lakin qısqanc xarakterli qadın qeyri-rəsmi həyat yoldaşı ilə tez-tez münaqişə yaradırmış. Belə münaqişələrdən biri mayın 31-də, axşam saatlarında yaşanıb. İ.Şahbazova sərxoş vəziyyətdə Sergeyi bıçaqla vurub. Kəsici aləti onun əlindən almağı bacaran S.Vorobyov da hadisə vaxtı sərxoş vəziyyətdə olub və bir bıçaq zərbəsi ilə qadının həyatına son qoyub.

Bir neçə gün ərzində cinayəti gizlətməyə çalışan S.Vorobyov nəhayət iyunun 3-də törətdiyi əməllə bağlı məlumat verib.

Bildirilir ki, sevgilisi tərəfindən öldürülən qadının şəxsiyyətini müəyyənləşdirmək üçün 12 gün lazım olub. Buna isə onun valideynlərinin Sumqayıtda yaşaması ilə bağlı Sergeyə dediyi söz kömək edib. Əməliyyatçılar adı, soyadı və ailə üzvləri məlum olmayan qadının izini Sumqayıtda axtarıblar və nəhayət, onun anası tapılıb.

Xəbər 1555 dəfə oxunub.




14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +