Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


10.04.2017  11:18 

Sosial evlərin tikintisi nə yerdədir?





A+  A-

Aylıq 130 manata mənzil almaq istəyənlərə şad xəbər.
Yasamal rayonunda sosial evlərin tikintisi daha da sürətləndirilib. Bu ay ərzində daha 23 binanın tikintisi aparılacaq. İlk 9 mərtəbəli binanın və 960 yerlik məktəbin tikinti işləri tam plana uyğun aparılır. Yaşayış kompleksi tam istifadəyə verildikdən sonra 1843 ailə yeni mənzillə təmin ediləcək.

XəzərNews.az
Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə ağır texnika və onlarla fəhlə işləyir.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindəki işlər daha da sürətləndirilib. 2016-cı ilin dekabrında təməli qoyulmuş yaşayış binasının və 960 yerlik məktəbin tikintisi davam etdirilir.

Aprel ayı ərzində daha bir neçə binanın tikintisinə başlanılacaq.

Yasamal Yaşayış Kompleksinin tikinti sahəsi ümumi ərazinin təqribən 25%-ni təşkil edəcək. Ərazinin 75%-ə yaxın hissəsi həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, stadion, nəqliyyat və piyadaların hərəkətinin təşkili üçün istifadə olunacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin inşası üçün ərazinin baş planının hazırlanması yekunlaşmaq üzrədir. Layihələndirmə işləri yaxın müddətdə başa çatdıqdan sonra tikintiyə start veriləcək.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bir müddət öncə açıqlamasına sosial evlərin qiyməti haqqında danışıb. O bildirib ki, bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmayacaq. Təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.


Xəbər 1683 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +