Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


02.03.2025  17:18 

Təcili tibbi yardım avtomobili qəzaya uğradı





A+  A-

Təcili tibbi yardım avtomobilinin qəzaya uğramasının təfərrüatları məlum olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata əsasən, 02.03.2025-ci il tarixində saat 12:05-də Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3-cü bölməsinin ambulansı minik avtomobili ilə toqquşub.

"Minik avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb və hospitalizasiyadan imtina ediblər. Yüngül xəsarət alan ambulansın sürücüsünə yerində yardım olunub.

Həkim və tibb bacısı qapalı kəllə-beyin travması şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə hospitaluzasiya olunublar, ilkin müayinələrdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıblar.

Qəza zamanı təxliyə olunan, qəzadan öncə də vəziyyəti kritik ağır qiymətləndirilən 65 yaşlı xəstə (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanaşı xəstəlikləri olan şəxs tibb mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir"
, - məlumatda deyilir.

Xəbər 1217 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +