Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


23.01.2025  16:50 

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!





A+  A-

“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.

Bu barədə XəzərNews.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.

“Bakı Metropoliteni” “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacağını bildirib.

Xatırladaq ki, bu gün "Qarabağ" UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edəcək.

Xəbər 2237 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +