Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


26.04.2018  10:16 

Rusiyalı diplomatlar ABŞ-da casusluq edib





A+  A-

Ağ Evin qərarı ilə ABŞ-dan çıxarılmış 60 rusiyalı diplomat içərisində Rusiyadan qaçmış şəxsləri və ailələrini izləyən casuslar da olub.
XəzərNews.az CNN telekanalına istinadən xəbər verir ki, həmin şəxslərin əsas vəzifəsi Rusiyadan müəyyən səbəblərə görə qaçmış şəxsləri və ailələrin izləmək, daha sonra aradan götürülməsini təşkil etmək olub.

Jurnalistlərə ən azı bu mövzuda bir hadisə məlumdur. Belə ki, ölkəni tərk etmiş diplomatlardan biri Mərkəzi Kəşfiyyat İdarəsinin mühafizəsində olan bir şəxsin izlənilməsi ilə məşğul olub. Həmin şəxs Rusiyadan ABŞ-a gələrək başqa ismə vəsiqə alıb.

ABŞ xüsusi xidmət orqanları Solsberidə baş verən hadisədən sonra isə hakimiyyətin ABŞ-da da belə bir hadisənin təkrarlanacağından ehtiyat edib.

Qeyd edək ki, martın 26-da ABŞ hökuməti 60 Rusiya diplomatının ölkədən çıxarılmasını elən edib.

Buna səbəb Britaniyanın Solsberi şəhərində “QRU”unun eks polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsi və Britaniyanın bu işdə Rusiyanı ittiham etməsi olub.

Xəbər 1522 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +