Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


29.05.2019  14:01 

“Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək





A+  A-

“Nar” 2019-cu il ərzində bir çox xidmətlər və məhsullar üzrə müştəri məmnuniyyətini daha da yaxşılaşdıracaq və növbəti pilləyə qaldıracaq yeniliklər edəcək.
XəzərNews.az xəbər verir ki, bunu “Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımov “Qafqazinfo”ya müsahibəsində deyib. “Nar”-ın qarşıdakı planları barədə məlumat verən Q.Kazımov bildirib ki, mobil operator bütün ölkə əhalisinin 4G internetinin sürətindən və rahatlığından faydalanması üçün şəbəkəsini daha da genişləndirməyi, xüsusilə də 4G şəbəkəsini hazırda tətbiq olunmayan regionlara penetrasiya etməyi nəzərdə tutub.

Qəhrəman Kazımov qeyd edib ki, 2019-cu il üçün ən mühüm planlardan biri satış şəbəkəsində ediləcək dəyişikliklərdir: “Ümumilikdə, 2019-cu ildə diler şəbəkəmizi daha müasir, geniş, eyni zamanda müştəri təcrübəsini daha da artıracaq kanala çevirmək kimi planımız var. Bunu ilk növbədə regionlarda yaşayan müştərilərimizə də şamil edirik. Bu gün “Nar” xidmət mərkəzlərinin və dilerlərinin mövcud olmadığı regionlarda yeni dükanların açılması nəzərdə tutulur. Eləcə də, diler şəbəkəsinin funksionallığının artırılması baxımdan xeyli işlər görüləcək”.

Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühitini dəyərləndirən Q.Kazımov deyib ki, həm şəbəkə keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar və onların qiymətləri ilə bağlı güclü rəqabət var. Hazırda “Nar”-ın bazardakı mövqeyi güclənməkdədir.

“Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımovun “Qafqazinfo”ya müsahibəsinin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: http://qafqazinfo.az/news/detail/abunecilere-seffaf-internet-tecrubesi-yasadiriq-qehreman-kazimov-253447

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1527 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +