Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?


17.02.2021  13:58 

“Ai-92”nin keyfiyyətində problemlər var - Rəsmi





A+  A-

“Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb. Bu məntəqələrin əksəriyyətində kənarlaşmalar müşahidə olunub və vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda “Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı şikayətlərə dair sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, hazırda əldə olunan məlumatlar tədqiq edilir: “Tərəfimizdən tədbirlər planı hazırlanır və yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək”.

Xidmət rəsmisi həmçinin əlavə edib ki, yanacağın keyfiyyətində problemlər var: “Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. Hazırda standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.

Xatırladaq ki, Azərbaycanda “Ai-92” markalı benzinin satış qiyməti Tarif Şurasının 2021-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Həmin qərarla “Ai-92”nin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır.

Xəbər 2718 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +