Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?


16.02.2021  11:19 

Alma istehsalı və ixracı ilə məşğul olanların nəzərinə





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) alma istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də Agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib.

Ölkə ərazisində fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 37 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub. Aparılan danışıqlar nəticəsində 37 alma istehsalı müəssisəsinə Rusiyaya ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.

İxracına icazə verilmiş 37 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 88232 tondur ki, bu da 2020-ci ildə 67 alma istehsalı müəssisəsinin Rusiya Federasiyasına ixrac etdiyi 66924 ton alma məhsulunun 131.8 %-ni təşkil edir.

Agentlik alma istehsalı və ixracı ilə məşğul olan sahibkarların nəzərinə çatdırır ki, hazırda soyuducu anbarlarda alma məhsulu olan sahibkarlar ixrac icazəsi almaq üçün təsərrüfatlarına dair məlumatların Rusiyanın müvafiq qurumuna təqdim olunması məqsədilə Agentliyə müraciət etsinlər. Sahibkarlar bu barədə məlumatları təqdim etmək üçün Agentliyin 1003-Çağrı Mərkəzi və ya (012) 377-00-77 (daxili: 238) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, məhsul ixrac etmək istəyən alma istehsal müəssisələri ixrac sertifikatlaşması prosesini həyata keçirmək üçün ixracdan üç gün əvvəl AQTA-nın regional bölmələrinə müraciət etməlidirlər.

Xəbər 2875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +