İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


12.03.2025  13:11 

Sahibkarın pulunu “atıb” özünə bahalı maşınlar alıb?





A+  A-

Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Türkiyənin məşhur logistika şirkəti olan “Ref Logistics”dən şikayət var. Şirkətin rəsmisi sahibkarın pulunu alaraq, mallarını daşımaqdan imtina edib.

Belə ki, Rusiyadan İrana bir neçə vaqon taxta göndərən sahibkar, bu daşıma üçün 10 min dollar pul ödəyib. Tərəflər arasında daşıma işlərinin həyata keçirilməsi üçün yazılı razılaşma da əldə olunub. Lakin “Ref Logistics”in Azərbaycandakı nümayəndəsi İlqar Əliyev sahibkardan aldığı pula rəğmən, onun mallarını İrana keçirməkdən boyun qaçırıb. Daha doğrusu, “edəcəm” deyib, yoxa çıxıb.

Şikayətçi bildirib ki, İlqar Əliyev onun telefon zənglərinə cavab belə vermir. “Bir aydan çoxdur ki, yüklərin İrana çatdırılması üçün pul ödənilib. Vaqonlar hazırda Astara dəmiryolu stansiyasındadır. Lakin İlqar Əliyevi tapmaq mümkün deyil. Nə telefonlara cavab verir, nə də malımı keçirir”.

Sahibkar deyir ki, bu yubanma sayəsində ona, həm maddi, həm də mənəvi ziyan dəyib. “Yükün keçirilməsinin yubanmasına görə, mən davamlı çalışdığım adamların yanında etibarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Maddi ziyan isə günbəgün artır. Həm vaqonlara görə ödəniş edirəm, həm də malın pulunu alaraq, digər işlərimi görə bilmirəm”.

Şikayətçi bildirir ki, analoji vəziyyətılə üzləşən təkcə o deyil. Onun sözlrinə görə, “Ref Logistics”in rəmisi İlqar Əliyev ondan başqa, daha bir neçə nəfərdən də eyni işlərin görülməsi adı altında pul alıb. Amma heç kimin işini icra etməyib.

Onlar dəqiqləşdiriblər ki, İlqar Əliyev maşın həvəskarıdır və mütəmadi olaraq aldığı avtomobilləri yeniləri ilə əvəzləyir. “Bizəd olan məlumata görə, bir neçə nəfərdən aldığı pulla özünə yeni maşın alıb. “Ref Logistics”in işləri ilə isə ümumiyyətlə, məşğul olmur.
Bəzi məlumatlarda isə deyilir ki, başqa sahibkarlara qarşı da eyni hərəkət etdiyindən borclu qalıb və bizdən aldığı pullarla onları bağlayıb. İndi də əlində vəsait yoxdur ki, yüklərin keçidi üçün nəzərədə tutulan rüsumları ödəsin”.


Adının çəkilməsini istəməyən sahibkar “Ref Logistics”in rəhbərliyindən və rəsmi qurumlardan yardım istəyib.

Tribunainfo.az “Ref Logistics”lə bağlı araşdırma apararaq müəyyən edib ki, sözügedən şirkət Türkiyədə təsis edilib. 20 ildir yükdaşıma sahəsində təcrübəsi var. Əsasən Rusiya və Rusiyadan yüklərin müxtəlif ölkələrə daşınması üzrə daha çox ixtisaslaşıb.

Lakin şirkətin nümayəndəsi İlqar Əliyev haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.



Xəbər 1805 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +