Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


14.06.2021  15:43 

Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanları başa çatdı





A+  A-

2021-ci il iyunun 9-dan 12-dək Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-2022-ci tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilib.
DİM-dən XəzərNews.az-a bildirilib ki, imtahan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınmaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edilib.

Qabiliyyət imtahanında iştirak edən 27 nəfər bakalavrdan 23-ü “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. Həmin bakalavrlar iyun ayı ərzində keçiriləcək ixtisaslşma seçimi müddətində jurnalistika üzrə 44 saylı proqrama aid ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.

Qabiliyyət imtahanında uğur qazanan bakalavrlardan 20 nəfəri jurnalistika ixtisasını, 3 nəfəri isə kitabşünaslıq, xarici dil və ədəbiyyat müəllimliyi və regionşünaslıq ixtisaslarını bitirənlərdir.



Xəbər 1945 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +