Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


04.08.2023  17:07 

Saleh Məmmədovun işçisi Əvəz Zeynallının məhkəməsində rüsvay...





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə şahid qismində Şahbaz Qasımov çıxış edib.

O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi vəzifəsində işləyir:

“2021-ci ilin iyunun 25-də işdə idim. Agentliyin İdarə Heyətinin sədrinin köməkçisi Çingiz Əmirov zəng vurub dedi ki, Əvəz Zeynallı binanın qarşısına gəlib, rəhbərlik tərəfindən qəbul olunmasını istəyir. Mən də mühafizə polisinə zəng vurub Əvəz Zeynallını xidməti otağıma göndərmələrini xahiş etdim. Nə məqsədlə gəldiyini soruşanda dedi ki, sizinlə bağlı şikayət var, araşdırmalıyam. Dedi ki, siz, Nağı İsmayılovun hüqüqlarını pozursunuz, Saleh Məmmədov barəsində əlimdə məlumatlar var, bunları ictimailəşdirəcəyəm, nüfuzunuza xələl gələcək.

Bundan sonra isə əməkdaşlıq etməyi təklif etdi. Dedi ki, əgər 8 min manat versən, razılaşarıq, əks təqdirdə problemlər yaranacaq. Hədə-qorxunun təsiri altında olduğumdan istənilən məbləği verdim. Pulu aldıqdan sonra bir daha Nağı İsmayılovu, Saleh Məmmədovdan narazı olan hər hansı şəxsi verilişinə dəvət etməyəcəyinə söz verdi”.

Şahbaz Qasımov Əvəz Zeynallının suallarını cavablandırıb. Bildirib ki, Əvəz Zeynallı Xural TV də 2 veriliş hazırlayıb. Həmin sujetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirmişdi. Mənim də vəzifəm tənqid olunurdu. 20-25 dəqiqə otaqda danışdıq, mən 8 min manatı verdim. Dedi ki, Saleh Məmmədovun milyonluq əmlakları barədə məlumat var. Mən də bunun yayılmasından ehtiyatlamıb Əvəzə 8 min manat verdim ki, rüsvay olmayaq".

Ə. Zeynallı bildirib ki, həmin şəxsi tanımır və yalan danışır: "Bu adam deyir ki mən Əvəzə 8 min pul vermişəm, sonra o barədə veriliş hazırlamayıb. Amma mən həbs olunan günə qədər həmin məsələ ilə bağlı 300 veriliş hazırlamışam".

Şahid bildirib ki, Əvəz Zeynallı onu rüsvay etməklə hədələyib ondan pul alıb: "Əvəz dedi ki, 8 min manat verməsən sizi rüsvay edəcəm. Mən də bu məsələni birdəfəlik həll etmək üçün 8 min manat verdim. Pulu verdim ki, mən və Saleh Məmmədovu rüsvay etməsin".

Prosesdə şahidin ibtidai istintaqa ifadəsi elan olunub.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib./News24

Xəbər 1014 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +