Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


11.12.2017  17:11 

Keçmiş qudası tərəfindən vəhşicəsinə döyülən Cəlilabad sakini yenidən hədələnir - Fotolar





A+  A-

Cəlilabadda bir müddət əvvəl keçmiş qohumlarının hücumuna məruz qalan Şəbiyevlər ailəsi yenidən təhlükə ilə üz-üzədir.
XəzərNews.az xəbər verir ki, iki ay əvvəl baş vermiş insidentdə rayonun Şükürlü kənd sakini Əbülfət Şəbiyevin həyat yoldaşı Kəmalə Şəbiyeva keçmiş qudası Əliağa Qürbətov və onala birlikdə olan digər 6 nəfərin hücumuna məruz qalmışdı.
Həyətdə evin xanımı dəmir alətlə vəhşicəsinə döyülüb, həyat yoldaşı Əbülfət Şəbiyev isə evdən qaçmaqla xilas ola bilmişdi. Ev sahibini tuta bilməyən hücum edənlər Şəbiyevlər ailəsinə məxsus evin pəncərə və qapılarını sındırmaqla ondan intiqam almağa çalışmışdılar.
Hadisə zamanı ölümcül döyülmüş Kəmalə Şəbiyevanın yaraları ağır olduğu üçün baş nahiyyəsinə tikiş qoyulmaqla bir aya yaxın xəstəxanada müalicə alıb. Xəstəxanadan çıxdıqdan sonra ailə üzvləri ilə yaşadığı kəndə dönən Şəbiyevlər hadisəni törədənlərin azadlıqda olduğunu öyrəniblər. Bu azmış kimi Şəbiyevlər ailəsinin keçmiş qudası onları yenidən vəhşicəsinə döyəcəyi ilə hədələyib.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. İndi Şəbiyevlər ailəsi yenidən analoji hadisənin təkrarlana biləcəyindən narahatdırlar.




Xəbər 3860 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +