Amal Qrup Qubadlıda podratçının ödənişini vermir
Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama
Roma Papası Ukrayna üçün dua oxumağa çağırıb
Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...
AZCON-un icraçı direktoru kimdir?
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?
Yevlaxda məktəbli intihar edib
Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?
“Laser Beauty Estetik Klinika”sı cərimələndi
Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?


18.01.2021  14:11 

Azərbaycan Qarabağın bərpasında Türkiyə modelini tətbiq edəcək





A+  A-

Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu Ermənistanın işğalından azad edən Azərbaycan bu bölgələrin bərpası üçün işlərə başlayıb. Hökumət işğal illərində viran qoyulmuş bütün əraziləri bərpa edərək, illərdir ata-baba ocaqlarından uzaq düşən vətəndaşların ən qısa zamanda doğulduqları torpaqlara dönüşünü hədəfləyib.
XəzərNews.az xəbər verir ki, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev Türkiyə mediasına açıqlamasında inşaat layihələri sahəsində aparılan işləri və yenilikləri dəyərləndirib:

“Nazirlər Kabineti bu sahədə dünyadakı ən yaxşı modelin hansı olduğu ilə bağlı araşdırma aparıb. Bizə ən uyğun modelin, xüsusən inşaat sahəsindəki inkişafını və son 20 ildəki sıçrayışını nəzərə alaraq, Türkiyə modelinin olacağını düşündük. Ona görə bir neçə seçim arasından Türkiyəyə üstünlük verdik.

Türkiyədə gerçəkləşdirilən inşaat layihələrində sifarişçi qurum tərəfindən minimum qiymət verilir. Burada da eyni sistem tətbiq ediləcək.

Köhnə modeldə əcnəbi hər hansı şirkətin Azərbaycana gələrkən burada minimum qiymət müəyyənləşdirmə sistemi başqa idi. Əcnəbi şirkətlər çətinlik çəkirdi, müddət uzanırdı, bürokratik işlər artırdı. Amma indi daha asan olacaq. Türkiyə və ya əcnəbi bir şirkət burada öz ölkəsindəki kimi müqavilələri hazırlaya biləcəklər”, - deyə F.Mustafayev əlavə edib.

Feyruz Mustafayev qeyd edib ki, əsas məqsəd yaxın zamanlarda Dağlıq Qarabağ ətrafındakı rayonların yenidən qurulmasıdır:

“Türkiyə və azərbaycanlı iş adamları buranı birlikdə yenidən quracaq. Füzulidən Şuşaya yeni yolun inşasında Türkiyə və Azərbaycan şirkətləri bərabər çalışırlar. Bu da ilk addımdır. Bugünədək Türkiyə şirkətləri Azərbaycanda 16 milyard dollara yaxın layihə udublar.

Təkcə Qarabağda deyil, Azərbaycandakı bütün layihələrdə Türkiyə şirkətləri daha asan və daha diqqətçəkən şəkildə təkliflər verə biləcəklər. Bunun Azərbaycana faydası rəqabətin yüksəlməsi və keyfiyyətin atması olacaq”.

Xəbər 2946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı


BÜTÜN XƏBƏRLƏR +