Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


26.01.2022  14:46 

“Siz Prezidentə də yalan deyirsiniz, yalanlara inandırırsınız“ - Deputat





A+  A-

Milli Məclisin deputatı Razi Nurullayev deputatların xalqa qoşulub, onların sözünü dedikləri halda vəzifələrinə xəyanət etmiş olduqlarını bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə millət vəkili "Facebook" səhifəsində yazıb.

"Hər kəsin dilində bu söz var: "bu ölkə düzəlməyəcək". Mən də hərdən deyirəm ki, "elədir ki, var" və dediyim sözə görə xəcalət çəkirəm, utanıram, ölüb yerə girirəm. Çünki bunu sadə vətəndaş deyə bilər, bizlər yox. Biz isə mübarizə aparıb əksini sübut etməliyik. Xalq bizdən nəticə və sosial rifah gözləyir, biz də xalqa qoşulub onun dediyini deyəndə vəzifəmizə xəyanət etmiş oluruq. Bu da məndən bir səmimiyyət", - R.Nurullayev qeyd edib.

Deputat onu da bildirib ki, vəzifəli şəxslərin əksəriyyəti yalan danışır, yaltaqlıq edir, özündən aşağı olanlara isə nökər kimi baxır:

"Nə qədər yalan danışmaq olar? Siz hər yalan danışdıqca millət daha da kasıblaşır, ərzaq daha da bahalaşır. Amma mənə ən çox toxunan budur ki, siz Prezident İlham Əliyevə də yalan deyirsiniz, yalanlara inandırırsınız. Elə yalanlar ki, o yalanların üstü açılsa, qasırğa qopar, tufan olar, Bakıya bir metr qar yağar, Kürdəmirdə Amazon meşələri əmələ gələr"./Bakupost.az

Xəbər 1531 dəfə oxunub.




09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +