Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


06.11.2019  13:26 

“Azərbaycanda insanlar mənşəyi məlum olmayan şprislər alır”





A+  A-

"Təəssüf ki, bu gün Azərbaycanda insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil".
XəzərNews.az xəbər verir ki, bu fikirləri "Diamet" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər kəs, əsasən, dərmanın keyfiyyəti ilə maraqlanır: "Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni üç hissədən ibarət olan şprisin bir hissəsi 30 faiz steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər".

Zavodun istehsal etdiyi şprislərin ikihissəli olduğunu deyən direktor bildirib ki, artıq Avropanın qabaqcıl ölkələri də üçhissəli şprislərdən istifadə etmir: "Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur".

S.Hüseynova vurğulayıb ki, zavodun istehsal etdiyi şprislərin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur: "İynələr Azərbaycana hazır şəkildə gətirilir. Artıq ölkədə 2, 5, 10 və 20 qramlıq şpris satışına başlamışıq. Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur".

Direktor qeyd edib ki, zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti olduqca yüksəkdir: "Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir. Əsas məqsədimiz yerli bazarı keyfiyyətli şprislərlə təmin etməkdir. Qısa müddət ərzində daxili tələbatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Qarşıdakı illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması da nəzərdə tutulur. Belə ki, zavodda tibbi kəpənəklər, sistem şlanqları, tibbi məhlulların hazırlanması də planda var".

Xəbər 1568 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +