Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


05.11.2019  15:58 

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürdü





A+  A-

Heydər Əliyev Fondu komada olan hüquq müdafiəçisi Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürüb.
XəzərNews.az xəbər verir, hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Güləliyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib.

“Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, - deyə F.Güləliyeva həyat yoldaşı qeyd edib.

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər.

Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur, koma vəziyyətindədir.

Oqtay Gülalıyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.

Xəbər 1558 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +