Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


05.11.2019  15:20 

10-a yaxın evdən oğurluq edənləri saxladı





A+  A-

Binə qəsəbəsində 10-a yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə XəzərNews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümümilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub. Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Əliyev və T.Məmmədova barəsində Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Xəzər Rayon Polis İdarəsi və ya 3-cü Polis Bölməsinə müraciət etmələri xahiş olunur.

Xəbər 1523 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +