Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


14.09.2018  11:09 

Şəhərin mərkəzinə giriş bağlanacaq - Xəbəriniz olsun!





A+  A-

15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
XəzərNews.az bildirir ki, Məhdudlaşdırmalarla bağlı “Qafqazinfo”ya açıqlama verən BŞDYPİ-nin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov alternativ yolları qeyd edib. O bildirib ki, hərəkət Bakı-Salyan yolunun 14-cü km-dən Dağüstü yolla Yasamal rayon və yaxud “20 Yanvar” ərazisindən keçməklə təmin olunacaq:

“20-ci sahədən hərəkət Dağüstü yolla Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, Səbail və yaxud Yasamal rayon ərazisindən keçməklə təşkil edilir.

Eyni zamanda, Bbayıl qəsəbəsindən keçərək Bayraq Meydanı kimi tanınan ərazidən Mikayıl Hüseynov küçəsi ilə Teleteatr inzibati binasının yanından “Sovetski” kimi tanınan ərazidən Yasamal və s. kimi ərazilərə hərəkət təmin ediləcək.

Dalğa Plaza inzibati binasının yanından Mikayıl Hüseynov və Səbail rayon Bayıl qəsəbədaxili yollarla hərəkət etmək mümkün olacaq.

Həmçinin Mehdi Hüseyn küçəsi Teleteatr inzibati binasının yanından alternativ yol kimi hərəkət Parlament prospekti istiqamətində nəzərdə tutulub. Afiyəddin Cəlilov, Yusif Səfərov küçəsindən hərəkət yalnız Yusif Səfərov küçəsi ilə 10-cu zavod dairəsindən keçməklə Nəriman Nərimanov və metronun müxtəlif stansiyaları istiqamətində nəzərdə tutulub. “28 May” və Yusif Səfərov küçələrinin kəsişməsindən hərəkət edərək Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva keçməklə Nəsimi rayon ərazisi üzrə təşkil edilib və s.

Keçirilən tədbirin mahiyyətini hər bir sürücü düzgün qiymətləndirib alternativ variantlardan istifadə etməyə çalışmalıdır”.

Qeyd edək ki, sözügedən yollarda hərəkətin məhdudlaşdırılması səhər saat 06:00-dan hərbi parad tam bitənə kimi nəzərdə tutulub.

Xəbər 1366 dəfə oxunub.




09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +