Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


13.09.2018  19:16 

İsmayıllıda manyak peyda olub? - Rəsmi açıqlama





A+  A-

Mətbuatda İsmayıllı rayonunda manyakın peyda olması barədə müxtəlif məlumatlar yayılıb. Kimliyi bilinməyən şəxs və ya şəxslərin evlərə girərək qadınların alt paltarlarını oğurladığı, həmin paltarları rayon qəbirstanlığında basdırdığı bildirilir. Üzərində kəsici-deşici alət gəzdirdiyi deyilən manyak sakinlərin ciddi narahatçılığına səbəb olub.
XəzərNews.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə AzVision.az-a açıqlamasında İsmayıllı sakinlərini təşvişə salan manyak barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN rəsmisi bildirib ki, rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir əsaslı səbəb yoxdur. Onun sözlərinə görə, evlərə kiminsə girib oğurluq etməsi və ya camaatı qorxutması barədə rayon polis şöbəsinə ötən gün bir neçə müraciət daxil olub.

“Bir fakt üzrə vətəndaş ərizə verib ki, gecə həyətinə kimsə daxil olub. İsmayıllı rayon sakininin müraciəti əsasında polis əməliyyat qrupu tərəfindən həyətə girən bir nəfər saxlanılıb. Ceyhun Nəcəfov adlı bu insanın ruhi xəstə olduğu məlum olub. İkinci fakt üzrə İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini tərəfindən məlumat daxil olub. Müraciətdə bildirilib ki, həyətə birinci faktda olduğu kimi kimsə girib. Araşdırma nəticəsində məlumat verən Hacıhətəmli kənd sakini Zaur Şirəliyevin özünün sərxoş halda olduğu müəyyən edilib. Məlum olub ki, onun həyətə kiminsə girməsi barədə verdiyi məlumat yalandır. İçkili vəziyyətdə olub. Polisə bilərəkdən doğru olmayan məlumat verilib”.

O.Mansurzadə, həmçinin bildirib ki, hər iki fakt üzrə mövcud qanunvericiliyin tələblərinə əsasən saxlanılan şəxslər barədə müvafiq tədbir görülüb.

“Qalan heç bir fakt öz təsdiqini tapmayıb, əsassız informasiayalardır. Ona görə də rayon sakinlərinin ajiotaja düşməsi, səbəbsiz yerə narahatlıq keçirməsinə əsas yoxdur. İsmayıllı rayonunda kriminogen durum tam nəzarətdədir və əməliyyat şəraitinə nəzarət olunur. Heç kim təşvişə düşməsin, narahatlıq keçirməsin”.

Xəbər 1428 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +