Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...
Bu, açıq provokasiyadır - Bəyanat
“PEYK ZAVODU“nun 19 milyon vergi borcu var
Sürücülərin nəzərinə!
Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO


30.11.2017  20:37 

Yol polisi taksi sürücülərindən narazıdır: “Vəziyyətdən sui-istifadə edirlər”





A+  A-

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı hər gün artır, Xüsulidə də Bakıda... Taksilərin olması çox yaxşı haldır, qayda-qanuna riayət olunsa... Taksi sürücülərinin bəziləri avtomobillərini qadağan olunmuş yerlərdə, avtobus dayanacaqlarında saxlayırlar. Onların müştəri axtarışı şəhərdə xüsusən də pik saatlarda tıxacların yaranmasına səbəb olur. Belə iddialar da var ki, taksi sürücülərinin bu addımı atmasına yol polisi əməkdaşları göz yumur. Bəs görəsən bu iddialarda doğruluq payı nə qədərdir?
XəzərNews.az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bu iddiaların tamamilə əsassız olduğunu deyərək, qayda pozuntusuna yol verdiyinə görə kifayət qədər taksi sürücüsü məsuliyyətə cəlb olunduğunu bildirib.

“Bu o demək deyil ki, polis taksi sürücülərinin qanunsuz fəaliyyətinə göz yumur. Şəhərdə çox sayda dayanacaq var, axı hər dayanacağın yanında bir polis əməkdaşının durması mümkünsüzdür. Taksilərin dayanacaqda və ya başqa yerlərdə durmasının qarşısını almaq üçün o sahədə qayda-qanun yaradılmalıdır. Yol polisinin cərimə yazması ilə bu iş həll olunmur”.

K.Əıiyevin sözlərinə görə, müəyyən olunmalıdır ki, Azərbaycanda konkret nə qədər taksiyə ehtiyac var və həmin taksilərin yerləşməsi üçün xüsusi yerlər ayrılmadır.
“ Belə olduğu halda nə tıxac yaranacaq, nə də qanunsuz yolla taksi fəaliyyəti göstərənlər olacaq. Buna müvafiq təşkilatlar tərəfindən də nəzarət olunmalıdır, hər şeyi polisin üstünə atmaq düzgün deyil. Biz nə qədər əməkdaş ayırmalıq ki, taksilərlə mübarizə aparsın. Bəs bu qədər nəqliyyat sıxlığı olan yerlərdə hərəkəti tənzimləyən inspektorları biz haradan alaq? Günün pik saatlarında sıxlıq olan yol ayrıclarında işıqforun olmasına baxmayaraq hamısında yol polisi inspektorları dayanıb hərəkəti tənzimləyirlər. Polisin başının sıxlığa qarışmasından kimsə istifadə edib avtomobilini qanunla qadağan olan yerdə saxlayır, digər nəqliyyat iştirakçılarına maneçilik törədir, insanlarda da biraz vicdan olmalıdır. Hər şeyi nəzarət, cəza ilə etmək olmaz ki... Bütün bunlarla bağlı maarifləndirici iş aparılmaldır, media da taksi sürücülərinin bu addımları barədə tez-tez yazılar yazmalıdır ki, onlar ciddiliyin fərqinə varsınlar. Özlərinin rahatlıqları üçün bütün nəqliyyatın hərəkətinə maneə törətməli deyillər”

Xəbər 1506 dəfə oxunub.



09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib


BÜTÜN XƏBƏRLƏR +